Qurban Qurbanov “Qalatasaray”la matçdan öncə brifinq keçirəcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyunundan öncə jurnalistlərlə görüşəcək. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qalatasaray”la yoldaşlıq matçından öncə “Qarabağ”ın media üçün açıq məşqi və baş məşqçinin brifinqi nəzərdə tutulub. Qurban Qurbanov jurnalistlərlə martın 25-də Bakı Olimpiya Stadionunda görüşəcək. Brifinqə saat 16:45-də start veriləcək.

Saat 17:00-da isə Ağdam təmsilçisinin media üçün açıq məşqi başlayacaq. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.

Xatırladaq ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Xeyriyyə məqsədilə təşkil olunmuş bu matça saat 20:00-da start veriləcək. Qarşılaşmadan əldə olunacaq bütün gəlir Türkiyədəki dəhşətli zəlzələdən əziyyət çəkmişlərə göndəriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: