Qurban Qurbanov üçün əlamətdar oyun

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Ağdam klubunu ölkə kubokunda 60-cı matça çıxarıb.

2008-ci ildən bu komandaya rəhbərlik edən çalışdırıcının yetirmələri 39-cu qələbəsini 5 cavabsız qolla qazanıb. “Qarabağ” Qurbanovun rəhbərliyi altında 15 heç-heçə edib və yalnız 6 dəfə uduzub. Bu qarşılaşmalarda ağdamlılar 111 qol vurub, 30-nu buraxıb.

Qurban Qurbanov “Qarabağ”ı bütövlükdə 601 oyuna çıxarıb. Ağdam klubu bu oyunlarda 338 qələbə qazanıb. Qurbanovun yetirmələri 153 dəfə heç-heçəyə imza atıb. Onun komandası 110 dəfə məğlubiyyətlə üzləşib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: