Qustavo Kampanyaro zəlzələyə görə Türkiyəni tərk etdi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubunun yarımmüdafiəçisi Qustavo Kampanyaro sözügedən komandanı tərk edib. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçunun Türkiyə klubundan ayrılmasına fevral ayında baş vermiş güclü zəlzələ səbəb göstərilib: “Kampanyaro ölkəmizdə yaşanan zəlzələ fəlakətləri səbəbiylə ailə ilə birlikdə ölkəsinə dönməyə qərar verdiyini bildirdi. Klubun idarə heyəti onun bu tələbini dəyərləndirib və futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub”.

Qustavo Kampanyaro 2020-ci ilin yanvar ayında Braziliyanın “Şapekoense” klubundan “Kayserispor”a gəlmişdi. 30 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisində 90 oyun keçirib, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Yuventude”, “Braqantino”, “Verona”, “Evian” və “Ludoqorets”də də forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: