“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 5-ci turunda “Arsenal”la ev heç-heçəsini (2:2) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Hər top urğunda sona qədər mübarizə aparmış “Arsenal”a böyük bir iltifat ünvanlayıram. Biz fürsətlər yaratdıq, amma bəlkə də ən bariz olanlarını deyil. Bununla belə, ikinci hissədə kifayət qədər səbrimizi basdıq, sonda isə bəxtimiz gətirdi. Komandama heyranam”, deyə Qvardiola vurğulayıb.
5 turdan sonra “Mançseter Siti” 13 xalla Premyer Liqanın yarış cədvəlinin zirvəsində mövqeyini qoruyub saxlayıb. “Arsenal” 11 isə xalla 4-cü pillədədir.


