Qvardiola böhranı çözməyə israrlıdır: “Təslim olmayacağam!”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsində yaranmış cari oyun böhranını həll etmək istədiyini bildirib.

Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Komandamızın oyun vəziyyətinin pisləşməsi? Bəzən bu qəbildən olan xüsusların erkən baş verməsi gözlənilir və bunu düzəltmək asan olacaq, amma bəzən bu, daha uzun vaxt aparacaq. Amma təslim olmayacağam! Mən burada olmaq istəyirəm və yaranmış vəziyyətlərin öhdəsindən gəlmək istəyirəm”, deyə Qvardiola qətiyyətlə vurğulayıb.

Xatrladaq ki, İngiltərə Premyer Liqasında keçirdiyi son 10 oyunda “Mançester Siti” 2 dəfə qalib gəlib, 2 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub.

Müvafiq uğursuzluq silsiləsi Xosep Qvardiolanın məşqçilik karyerası ərzində ilk dəfə və ən bərbad silsilədir.

Premyer Liqanın 18 oyunundan 28 xalla “Mançester Siti” yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Yarış cdəvəlinə 17 oyundan 42 xalla “Liverpul” başçılıq edir.

Xəbəri istədiklərinizlə paylaşın