“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 10-cu turunda “Bornmut”a səfər məğlubiyyətini (1:2) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan müəxəssisin bu barədə fikrini təqdim edir:
“Onların fürsətləri vardı, biz isə sonda fürsətlər yaratdıq, amma onların cinah hücumçularından heç bir top ala bilmədik. Birinci hissədə onlara qarşı oynamaq çətin idi. Onların necə davaranacaqlarını da bilirdik. Onlar buna layiqdirlər. Uşaqlar canlarını bütünlüklə verirlər.
Kayl Uoker dünənə qədər 16 gün bizimlə məşq etməmişdi. Natan Ake inanılmaz səy göstərdi, bu, təkcə zədələrə görə deyil.
Premyer Liqada məğlubiyyətsiz 32 oyun? Biz bu rəqəmi qorumağa davam etmək istərdik, amma neçə oyun və aydır ki, bunu edirdik – bu, əla idi… İki gün sonra Portuqaliyada daha bir oyunumuz var və biz yenə də meydana çıxıb döyüşməliyik”, deyə Qvardiola bildirib.
Məğlubiyyət “Mançester Siti”yə Premyer Liqanın yarış cədvəlində liderliyini itirmək bahasına başa gəlib. “Şəhərlilər” zirvəni “Liverpul”a təslim ediblər. “Qırmızılar” 25 xalla yarış cədvəlinə başçılıq edirlər, “Mançester Siti” isə 23 xalla 2-ci sırada qərarlaşıb. “Bornmut” 15 xalla 8-ci yerdədir.


