Qvardiola: “Bu, fəlakətdir, mövsümə oyunçularımız yoxdur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in heyətində zədəli futbolçuların çoxluğunu vurğulayıb.

Arena.az məlumat verir ki, ispan mütəxəssis bu barədə xüsusi mətbuat toplantısında bildirib:

“Oyunçularım hələ də zədəlidirlər, onlar hələ də zədəlidirlər. Bu, bütün mövsüm boyu baş verir. Biz uyğunlaşırıq. Siz, bizim olduğumuz vəziyyətin fəlakətli olduğunu görə bilərsiniz, ancaq bundan da pis ola bilərdi.

Bizim, mövsümə tam heyətimiz yoxdur. Üç mərkəz müdafiəçimiz sıradan çıxıb, ən yaxşı hücumçumuz isə son iki-üç oyuna qədər ixtiyarımızda olmayacaq. Mövsüm ərzində bizim tam heyətimiz olmayıb”, deyə Qvardiola vurğulayıb.

Hazırda “Mançester Siti”nin heyətində Rodri, Erlinq Haland, Natan Ake, Con Stounz və Manuel Akanci zədəlidirlər.

32 oyundan 55 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində şərti olaraq müvəqqəti qərarlaşıb. “Pep”in şəhərlilər”i növbəti mövsümdə Çempionlar Liqasında işitrak etmək üçün ilk dördlük uğrunda mübarizə aparırlar.