Qvardiola De Bröyne və Halandın bərpası haqda danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola zədəli yarımmüdafiəçi Kevin De Bröyne və hücumçu Erlinq Halandın bərpası haqda danışıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən ispan mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Kevin məşqə dünən başlayıb və sabah da bizimlə məşq edəcək. Amma artıq üç ay keçib, buna görə də o, finalda oynaya bilməyəcək, amma yaxşılaşır.
Erlinq isə hələ də məşq edə bilmir”, deyə “Pep” bildirib.

Xatırladaq ki, dünən, dekabrın 19-da “Mançester Siti” klublararası dünya çempionatının yarımfinalında Yaponiyanın “Urava Red Daymonds” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Cümə günü, dekabrın 22-də “Mançester Siti” klubların dünya çempionatının finalında Braziliya təmsilçisi “Fluminense” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.