“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandın idman formasını qiymətləndirib.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bəli, hesab edirəm ki, o, nə vaxtsa olduğu ən yaxşı idman formasındadır. İndi o, çox yaxşı çıxış edir. Halandın səviyyəsi təəssürat doğurur. O, möhtəşəm bir səviyyədədir. Özü də yalnız qollarına görə deyil. Deyəcəyim yüganə xüsus odur ki, onun enişi baş verdikdə – bu isə qaçılmazdır, axı həmişə müvafiq səviyyədə olmaq mümkün deyil, – mən onun yanında olacağam”, deyə “Pep” vurğulayıb.
Qvardiola “şəhərlilər”in xorvat mərkəz müdafiəçisi Yoşko Qvardiolu da qiymətləndirib:
“Mənim nöqteyi-nəzərimdən, Qvardiol bir futbolçu olaraq, tərəqqisi üçün nəhəng imkana malikdir. O, inanılmaz və təlimə mükəmməlcəsinə uyğundur”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, Erlinq Haland cari mövsümdə “Mançester Siti”nin heyətində meydana çıxdığı 9 oyunda 12 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Yoşko Qvardiol isə 6 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


