Qvardiola İngiltrə Premyer Liqası çempionluğu haqda danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2023/2024 mövsümü İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizədən danışıb.

Arena.az “Mirror” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Yetirmələrim təzyiq altında oynamağı xoşlayırlar. Ona görə də mən əminəm ki, biz sona qədər mübarizə aparacağıq. Bu, o deməkdirmi ki, biz mütləq çempion olacağıq? Yox-yox. Mən bunu demirəm. Amma biz mübarizə aparacağıq, bu, mütləqdir”, deyə Qvardiola vurğulayıb.

Hazırda “Mançester Siti” 32 oyundan 73 xalla İngiltərə Premyer Liqasına başçılıq edir. “Şəhərlilər” 33-cü turda qələbə qazanmaqla, öz növbəsində şərikli liderlər – “Arsenal” və “Liverpul”un evdə gözlənilməz məğlubiyyətləri nəticəsində liderliyi ələ keçiriblər. İndi “Arsenal” 71 xalla 2-ci, “Liverpul” isə eyni miqdarda xalla 3-cü pillədə qərarlaşıb.