Qvardiola: “Karyeramda bundan da çətin dövrlər olub”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məşqçilik karyerasında ən çətin dövr yaşaması ilə bağlı sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis düşdüyü cari vəziyyətin məşqçilik karyerasında ən çətin dövr olduğu fikri ilə razı deyil:

“Xeyr. Biz müvafiq məqamdan artıq keçmişik. On il keçdikdən sonra, biz artıq, başladığımız komandaya (daha zəif mənasında – redaktorun qeydi) malik deyilik. Bu, heç də ən böyük fəsad deyil, daha böyükləri də olub. Mən məşqçilik karyerama təzə-təzə başlayanda, mənim və komandamın qarşısında çoxlu tapşırıqlar dayanırdı. Biz isə bunların öhdəsindən gələ bildiyimizi birlikdə sübut edirdik”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Qvardiolanın “Mançseter Siti”si Çempionlar Liqasında və İngiltərə Liqa Kubokunda mübarizəsinə artıq xitam verib.

“Pep”in şəhərliləri İngiltərə Kubokunun 1/8 finalına vəsiqə qazana biliblər. İngiltərə Premyer Liqasında isə 26 oyundan 44 xal toplamış “Mançester Siti” yarış cədəvəlinin 5-ci pilləsində qərarlaşıb.