Qvardiola Klopun gedişi haqda suala qəhərlə cavab verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola alman mütəxəssis Yurgen Klopun “Liverpul”dan gedişi haqda sualı cavablayıb.

Arena.az məlumat verir ki, İngiltərə Premyer Liqasının 38-ci turunun ‘Vest Hem”lə oyunundan (3:1) sonra mətbuat konfransında “Pep” bu sualın müqabilində qəhərə boğulub:

“Onun üçün çox darıxacağam… Yurgen Klopp həyatımın həqiqətən vacib hissəsi idi. O, məni məşqçi kimi yeni səviyyəyə qaldırdı. Bir-birimizə inanılmaz hörmətimiz var…

Belə bir hissim var ki, o, qayıdacaq. Ona sözlərinə görə çox minnətdaram, amma o, başa düşür ki, klubdan mənə böyük dəstək var. Mən təkbaşına buna nail ola bilməzdim. Mən bunu anlayacaq qədər təvazökaram”, deyə ispan mütəxəssis duyğusalcasına bildirb.

Xatırladaq ki, daha əvvəl, Yurgen Klopp cari mövsümün bitməsilə “Liverpul”dan ayrılacağı bildirmişdi.