Qvardiola: “Kristal Pelas”a qarşı keyfiyyətli oyun keçirdik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turunun “Kristal Pelas”la ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, oyunun gedişində 0:2 hesabı ilə məğlub olan “şəhərlilər” geri-dönüş edərək, 5:2 hesablı qələbəyə seviniblər.

Qvardiola matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Düşünürəm ki, biz birinci dəqiqədən sonuncu dəqiqəyə qədər çox yaxşı bir oyun keçirdik. 0:2 hesabı ilə məğlub idik, amma çoxlu fürsətlər yaratdıq, mən isə elə, fasilədə uşaqlara, yaxşı oynadığımızı dedim.

Oyunun dönüş məqamı Kevin De Bröynenin ifasındakı cərimə zərbəsi oldu – bundan sonra biz həqiqətən artırdıq.

0:2 hesabı ilə məğlub olmağımızı və “Kristal Pelas”ın son oyunlarda necə oynadığını da nəzərə alsaq, biz çox keyfiyyətli bir oyun keçirdik”, – BBC ispan mütəxəssisdən sitat gətirir.

32 oyundan 55 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Kristal Pelas” isə 31 oyundan 43 xalla 12-ci pillədədir.

Premyer Liqaya 32 oyundan 76 xalla “Liverpul” başçılıq edir.