“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”la oyun ərəfəsində “şəhərlilər”in heyətində itkilər olduğunu bildirib.
Arena.az “City Xtra” dərgisinə istinadən məlmat verir ki, ispan müəxəssis ingilis mərkəz hücumçusu Con Stounz və həmçinin isveçrəli mərkəz müdafiəçisi Maneul Akancinin xidmətindən məhrum olduğunu açıqlayıb:
“Stounzun ağır zədəsi var. Yaxın saatlarda və ya günlərdə biz, ona cərrahi əməliyyatın gərək olub-olmadığını biləcəyik… Bəli, o uzun fasilə verəcək, elə, “Manu” Akanci kimi…”, deyə Qvardiola qayğılı halda bildirib.
Xatırladaq ki, yarımcan “Mançester Siti” İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində fevralın 23-də doğma “Etihad”da “Liverpul”un sınağına tab gətirməli olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.
25 oyunda topladığı 44 xalla “Mançester Siti ” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Premyer Liqaya 26 oyundan 61 xalla “Liverpul” başçılıq edir.


