Qvardiola Mançester derbisindəki heç-heçəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 31-ci turunun “Mançester Yunayted”lə səfər oyununu şərh edib.

Arena.az ispan mütəxəssisin qolsuz başa çatmış oyundan sonra baş tutmuş mətbuat toplantısında səsləndirdiyi müvafiq açıqlamasını təqdim edir:

“Gərgin oyun idi. Rəqibin məqamları vardı, elə, bizim də. Yeganə fəsad isə bizim, topla həddindən artıq çox hərəkət etməyimiz idi. Biz düzgün mövqeləri tutmalı idik, amma bu, baş vermirdi. Son iki oyunda topsuz oyunumuz baxımından mən, çox müsbət məqamlar görmüşəm – bu, cari mövsümdə bizim bir çox oyunları uduzduğumuz xüsusdur”, deyə Qvardiola vurğulayıb.

31 oyundan sonra 52 xal toplamış “Mançester Siti” İngiltətə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 38 xalla 13-cü pillədədir.

Premyer Liqaya 73 xalla “Liverpul” başçılıq edir.