“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in cari qış transfer pəncərəsindəki fəallığından söhbət açıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Keçən mövsüm bizdə belə bir duyğu vardı ki, gec-tez transfer bazarında fəaliyyət göstərməli olacağıq. Bizim indi etdiyimiz də budur.
Futbolçular yaxşı idman formasında olsaydılar, biz bunu etməzdik. Ancaq bu gün bizim ixtiyarımızda bir-iki mərkəz müdafiəçimiz var, artıq yox”, deyə Qvardiola vurğulayıb.
Daha əvvəl mətbuatda, “Mançester Siti”nin “Lans”ın özbək müdafiəçisi Abdukodir Xusanovu, “Ayntraxt”ın misirli hücumçusu Ömər Marmuşu və “Palmeyras”ın braziliyalı müdafiəçisi Vitor Reysi transfer etməyə yaxın olduğu barədə xəbərlər yayılıb.
21 oyundan 35 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb.