Qvardiola “Mançester Siti”nin hazırlığına qiymət verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in mövsümöncəsi hazırlıq xüsuslu ABŞ səfəri haqda yekunları vurub.

Arena.az “Mançester Siti”nin rəsmi saytına isitnadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Belə rəqiblərə qarşı oynamaq əladır, çünki onlar sizə çağırış edirlər. Hər oyun əvvəlkindən qat-qat yaxşı idi. “Çelsi”yə qarşı “Barselona”ya qarşı oynadığımız kimi oynadıq, amma duyğular çox yaxşı idi.

Kalvin Fillips artırıb, Erlinq Haland artırıb, Cek Qriliş iki inanılmaz oyun keçirdi. Bundan əlavə, gənc futbolçularımızın özlərini göstərməsi bizi çox sevindirir – Riko Lyuis, Oskar Bobb, Ceyms Makeyti bu gün imkanlarını ortaya qoydular.

Biz, əlbəttə ki, qələbə qazanmaq istəyirik, amma bu oyunların nəticəsindən heç nə dəyişməyəcək. Mövsüm bir həftədən sonra başlayır, bu qədər”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, “şəhərlilər” ABŞ səfəri çərçivəsində dörd yoldaşlıq oyunu keçiriblər: “Seltik” (3:4) və “Milan”a (2:3) məğlub olmuş “Mançester Siti”, eyni aqibəti “Barselona” ilə oyunsonrası penaltilər silsiləsində yaşayıb (2:2, penaltilərlə 1:4). Sonuncu oyunda isə Xosep Qvardiolanın yetirmələri “Çelsi” üzərində qələbəyə seviniblər (4:2).