Qvardiola: “Mançesterdəki bütün alkoqolu içib qurtarmışıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 32-ci turu çərçivəsində “Brayton”a qarşı keçirdikləri oyunu (1:1) şərh edib.

Arena.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında bunları söyləyib:

“Bu, yaxşı oyun idi. “Brayton”u rəsmən Avropa Liqasına düşməyi münasibətilə təbrik edirəm. Onlar oynadığı oyuna müqabil buna 100 faiz layiq idilər.

Bizə gəlincə, Mançesterdəki bütün alkoqolu içib qurtarandan 48 saat sonra göstərdiyimiz oyun da layiqli idi. “Mançester Siti” futbolçuları nə üçün çempion olduqlarını göstərdilər. Biz topla və topsuz nəyə qadir olduğumuzu göstərdik. Mən fəallığımızn və ideyamızın zərrə qədər də azaldığını müşahidə etmədim. Onların da məqamları vardı, bizim də məqamlarımız oldu, biz qol vurduq, onlar da qol vurdular”.

Xatırladaq ki, “Mançester Siti” Premyer Liqada çempionluğunu vaxtından əvvəl təmin edib. Bu, Xosep Qvardiola və komandası üçün ardıcıl üçüncü İngiltərə çempionluğudur. Bütövlükdə isə ispaniyalı mütəxəssis beşinci, “şəhərlilər” doqquzuncu dəfə İngiltərə çempionu olublar.