“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola “Çelsi”nin italyan çalışdırıcısı Entso Mareskanın ləqəbi haqda sualı cavablayıb.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, “Pep” bəzi adamların Mareskaya “Pəhrizdəki “Pep” deməsinə münasibətini açıqlayıb:
“Pəhrizdəki “Pep”? Bütün bunlar saç və saqqala görədir. O, öz ailə üzvləri kimi, inanılmaz dərəcədə yaxşı insandır. Entso “Lester Siti”də həqiqətən əla iş gördü və indi İngiltərədə ilk beş-altılığa daxil bir komandanı çalışdırır. Ona ən yaxşısını arzulayıram, çünki o, buna layiqdir”, deyə Qvardiola bildirib.
Xatırladaq ki, Mareska 2022-2023-cü illərdə “Mançester Siti”də baş məşqçi Xosep Qvardiolanın köməkçisi vəzifəsində çalışıb. 2020-2021-ci illərdə italiyan mütəxəssis “şəhərlilər”in gənclər komandasını çalışdırıb.
Entso Mareska cari ilin iyulunda “Çelsi” sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.