Qvardiola MS-nin cərimələnməsi haqda xəbəri baməzə cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun İngiltərə Premyer Liqasının nizamnaməsini pozduğu üçün cərimələnməsini şərh edib.

Arena.az xatırladır ki, daha əvvəl “Mançester Siti” son iki mövsümdə oyunların başlanmasını və bərpasını gecikdirdiyi üçün, “şəhərlilər”ə qarşı İngiltərə Premyer Liqasının nizamnaməsinin müvafiq maddəsinin pozulması haqda iddia irəli sürülmüşdü.

Bu səbəbdən “şəhərlilər” 2,09 milyon funt-sterlinq (2,3 milyon avro) məbləğində cərimələniblər.

Xosep Qvardiola bu xəbərə özünəməxsus üslubda izhehza ilə qarşılıq verib:

“Mən bunu indicə xəbərlərdə oxudum. Fasilədə çıxışlarımı qısaltmağa çalışacağam!” – jurnalist Ben Ceykobs ispan mütəxəssisdən sitat gətirir.

Vurğulanır ki, son iki mövsümdə “Mançester Siti” oyunların başlamasını və ya bərpasını 22 dəfə gecikdirib. Gecikmənin 79 saniyə təşkil etdiyi bir hal da müəyyən edilib, indi bu, “şəhərlilər”ə 100 min funt-sterlinq (118 min avro) məbləğində cərimə hesabına başa gələcək.