Qvardiola qış transfer pəncərəsi üçün planlarını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in qış transfer pəncərəsi ilə bağlı planlarından söhbət açıb.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisdən sitat gətirir:

“Bizim, bəzi mövqelərdə qüvvətlənmələrə ehtiyacımız var. Hamı işə hazır ikən, biz hələ də əvvəlki komandayıq, amma vacib oyunçular həftələrlə və aylarla kənarda qalanda işlər həqiqətən çətinləşir. Mərkəz müdafiəçilərinin mövsüm boyu idman formasında olacağını düşünürdüm, amma fəsadlar ortaya çıxdı. Müdafiənin mərkəzini və yarımmüdafiə mövqeyini gücləndirməliyik. Bazar bazardır – çətin və bahalıdır. Gəlin görək, nə edə bilərik”, deyə Qvardiola ümidlə bildirib.

Vurğulayaq ki, “şəhərlilər” bütün yarışlar çərçivəsində son 14 oyunda cəmi 2 qələbə qazanıblar. Bir qayda olaraq “Mançester Siti” ya uduzub, ya da heç-heçə ilə kifayətlənib.

19 oyundan 31 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.