Qvardiola: “Real”ı ən azı qorxutmağa çalışmalıyıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/16 finalında “Real”la cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Məşqçilərin həmişə öz fəsadları var, bu mövsümdə isə düzgün həlləri tapmaq mənə tez-tez müyəssər olmur. Görək, “Real”la cavab oyununda vəziyyəti dəyişə biləcəyikmi… Bizə, sadəcə olaraq futbol oynamaq, bəzi məqamları təshih etmək və “Real”ı heç olmasa qorxutmağa çalışmaq gərəkdir.

“Real”ın zəifliklərinə gəlincə… Komanda heç vaxt mükəmməl olmur. Rəqibin zəifliklərini tapmaq üçün həmişə üsullar var. Bizim, “Real”dan güclü olduğumuz cəhətlərimiz var və ya əksinə, “Real” nələrdəsə bizdən güclüdür. Özünü daha rahat hiss etmək üçün üsul tapmaq gərəkdir, bizə qarşı, “Real”da olduğu kimi, bu səviyyədə oyunçuların oynadığını bilərək, biz həmişə təzyiq hiss edəcəyik. Bunlar çətin oyunlardır. “Real”a qarşı çox yüksək nəbzlə oynamaq gərəkdir, axı onlar baş verənlərə tez qarşılıq verəcək əla bacarığa malikdirlər. Rəqib aşağı nəbzlə oynayarkən, onlar özlərini rahat hiss edirlər. Biz öz güclü cəhətlərimizdən istifadə etməyə çalışacağıq”, deyə Qvardiola vurğulayıb.

“Real” – “Mançester Siti” oyunu bu gün, fevralın 19-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (20 fevral) başladacaq.

Xatırladaq ki, səfərdə keçirilmiş ilk oyunda “Real” “şəhərlilər” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.

Xəbəri istədiklərinizlə paylaşın