“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 6-cı turunda “Nyukasl”la səfər oyununu (1:1) şərh edib.
Arena.az “Citi Xtra” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis “şəhərlilər”in ispan dayaq yarımmüdafiəçisi, zədəli Rodrinin yoxluğunu qabardıb:
“Uşaqlar, mən sizə deyəcəyəm və bilirəm ki, siz də məndən daim soruşacaqsınız. Əlbəttə ki, Rodri bizim üçün əskik olacaq! Beləliklə, mən Mateo Kovaçiç, Riko Lyuis və Bernardo Silva və Cek Qriliş ilə cinah hücumçularını, necə oynadığımızı mühakimə edirəm. Bu isə bir müstəsna idi! Mən həll yollarını arayıb-tapmalıyam! Biz həll yollarını tapacağıq! Kaş ki, Rodri, Oskar Bobb, Kevin De Bröyne və Natan Ake burada olaydılar. Mən bunu həqiqətən istərdim!
Amma biz elə, olanımıza sahibik, çünki artıq 10 ildir ki, futbolçular 60, 70 oyun oynayırlar, həm də milli komandalarda. Bəzən isə bu, baş verir. Biz uyğunlaşmalıyıq. Biz güclü komandaya qarşı çox yaxşı uyğunlaşdıq, mən isə öz komandamı çox yaxşı tanıyıram”, deyə Qvardiola vurğulayıb.
6 oyundan 14 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Nyukasl” isə 11 xalla 7-ci pillədədir. Premyer Liqaya 15 xalla “Liverpul” başçılıq edir.