Qvardiola sıx oyun təqvimini tənqid etdi: “Bizə 40 oyunçu gərəkdir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçuların zədələnməsinə yol açan ifrat sıx oyun təqvimi haqda söhbət açıb:

Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Biz, mövcud olmuş fəsadlarımız səbəbindən eyni bir heyətlə qala bilmərik. Üstəlik, oyunçular çoxlu oynayıb və yorulublar. Həmçinin, duyğusal baxımdan da, axı biz oyunun sonuna 10 dəqiqə qalmış müddət ərzində 1:0 hesabı ilə öndə olduğumuz çox oyunları uduzub əldən vermişik. “Arsenal”a 0:3 və ya 1:5 hesabı ilə uduzanda, siz bunu asanlıqla yaşayıb ötə bilərsiniz. Amma müvafiq hal “Brentford”, “Mançester Yunayted”, Madrid “Real”ı ilə oyunlarda baş verirsə – bu, çox qəliz məsələdir.

Vəziyyət İngiltərə Premyer Liqasında oyunlarının sayının ixtisarı ilə də dəyişməyəcək, axı hələ Liqa Kuboku var… Mənim gördüyüm yeganə həll – komandada 40 futbolçunun olmasıdır. Amma bu, mümkünsüzdür. Klublar iflasa uğrayıb müflis olarlar. Bəs, əməkhaqqı, keçidlər və s. təfərrüatla 40 oyunçunu necə saxlayaq? Bu, mümkünsüzdür…”, deyə Qvardiola vurğulayıb.

24 oyunda 41 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 57 xalla “Liverpul” başçılıq edir.

Xəbəri istədiklərinizlə paylaşın