Qvardiola üçün məşqçilik karyerasının ən çətin sınağı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məşqçilik karyerasının ən çətin sınağı ilə bağlı sualı cavablayıb.

Arena.az “Eurosport” dərgisinin “TNT Sports” dərgisinə istinadı əsasında, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Karyeramın ən çətin sınağı? Mən “Barselona”da işə başlayanda tanınmamış məşqçi idim. Münhenə köçməyimi də xatırlamaq olar, mən yeni dil öyrənməli idim və mən də Yupp Haynkesin treblindən sonra komandaya gəlmişdim. Bu, inanılmaz dərəcədə çətin sınaq idi. İndi fəsadların nədir? Biz hər şeyi qazanmışıq, elə, fəsad da bundadır. Nəticə baxımından dəyərləndirsək, bu, ən çətin məqamdır”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” bütün yarışlarda keçirdiyi son 11 oyunda 8 məğlubiyyət alıb. Bu, Xosep Qvardiolanın məşqçilik təcrübəsində ilk müvafiq haldır. “Şəhərlilər” hec cür yaranmış vəziyyəti tarazlaya bilmirlər.

İngiltərə Premyer Liqasının 16 turundan sonra 27 xalla “Mançester Siti” yarış cədvəlində 5-ci pillədə qərarlaşıb.