“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola nəticə əldə etmək üçün mütəxəssisin nəyə ehtiyacı olduğunu açıqlayıb.
Arena.az “Manchester Evening News”a istinadən Qvardiolanın fikirlərini diqqətinizə çatdırır:
“Yaxşı oyunçulara sahib olmaq lazımdır. Əvvəllər mənim Messim var idi, indi isə Haland varımdır. Mənim uğurum budur. Zarafat etmirəm.
Hər bir uğurlu məşqçinin güclü təşkilatçılığı və yaxşı oyunçuları var. Heç bir məşqçi bir qol da vurmayıb”.
Xatırladaq ki, bu gün Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”ni Çempionlar Liqasının finalı çərçivəsində “İnter”lə oyun gözləyir. Qvardiola “trebl”ə iddialıdır. Onun komandası cari mövsümün Premyer Liqa çempionluğunu və İngiltərə kubokunu qazanıb.