Qvardiola “Vest Hem” üzərində qələbəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının “Vest Hem”lə 20-ci tur ev oyununu (4:1) şərh edib.

Arena.az BBC-nin “Sky Sports” dərgisinə istinadı əsasında, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz oyunun qalibi olduq, amma biz hələ də yaxşı formada deyilik, amma bu uğur bizə kömək edəcək. Yaxşı anlarımız vardı, amma mən səkkiz ildir ki, buradayam və komandanın oyununu görmüşük və bu, bizim ölçülərə müvafiq deyil. Yenə də nəbzimizi və necə oynamaq istədiyimizi tapmalıyıq. “Vest Hem” yaxşı oynadı və fürsətləri vardı”, deyə Qvardiola vurğulayıb.

20 oyundan 34 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Vest Hem” isə 23 xalla 13-cü pillədədir.

İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.