Qvardiola Xavinin qovulması haqda: “Pis xəbərdir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ispan mütəxəssis Xavinin “Barselona”nın sükanı arxasından qovulması haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, çox da yaxşı xəbər deyil, çünki belə bir şey baş verərsə, bu, nəyinsə işləməməsi deməkdir. Bunun səbəblərini bilmirəm, ona görə də buna dair fikrimi deyə bilmərəm. Ola bilsin ki, mən Barselonaya gedib orada bəzi insanlarla danışanda bunu öyrənəcəyəm, amma indi heç nə bilmirəm”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, mayın 24-də “Barselona” Xavini gözlənilmədən “baluqrana”nın sükanı arxasından istefaya göndərib.