Qvardiola: “Yeni mövsümə hazır olduğumuza əmin deyiləm”

İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in yeni mövsümə hazırlığına şübhə etdiyini bildirib.

Arena.az ESPN portalına istinadən məlumat verir ki, ispan mütəxəssis bu barədə fikrini “Mançester Yunayted”lə İngiltərə Super Kuboku uğrunda oyundan (əsas və əlavə vaxt 1:1, penaltilər silsiləsində 7:6) sonra səsləndirib:

“Mövsümə hazır olub-olmadığımıza cavab verə bilmərəm.
Bu gün məğlub ola bilərdik, komanda oyunun bitməsinə bir neçə dəqiqə qalmış məğlubiyyətə yaxın idi. Ona görə də gözləmək gərəkdir. Bu gün bəyəndiyim çox şey gördüm. İlk 35 dəqiqə əla keçdi. Amma hələ ki, ən yaxşı formamızdan uzağıq. Bu, yaxşı məqamdır, amma qazandığınız kubokdan başlamaq daha yaxşıdır. Bu surtədə daha xoşdur, amma gerçəklik budur ki, qalib gəlməyi bacarsaq da, heç nə dəyişməyib”, deyə Qvardiola ehtiyatlandığını ifadə edib.

Xatırldaq ki, “Mançester Siti” yeni mövsümə İngiltərənin cari çempionlu olaraq qatılacaq. “Şəhərlilər” artıq 4-cü mövsümdür ki, bu adı daşıyırlar və bununla da mütləq rekord müəyyənləşdiriblər.