Rəcəbov Nepomnyaşi ilə ilk gündə heç-heçəyə razılaşdı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində həlledici görüşlərə start verilib.

Arena.az xəbər verir ki, “The FTX Crypto Cup” adı verilən bu turnirin yarımfinalında uduzan Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda Yan Nepomnyaşi ilə mübarizə aparır.

Azərbaycanlı qrossmeyster Rusiyadan olan rəqibi ilə ilk oyun günündəki 4 partiyanın hamısından heç-heçə ilə ayrılıb – 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.

Finalda Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.

Bu gün başa çatacaq turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Bundan əlavə 100 min dollar məbləğində bitkoin bonus da nəzərdə tutulub.