Rəhman Daşdəmirov “Şamaxı” ilə yeni müqavilə bağladı

Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirov əyalət klubu ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1,5 illik sözləşmə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Qeyd edək ki, Rəhman Daşdəmirov “Şamaxı”nın öz yetirməsidir. O, ötən mövsüm bu klubun əvəzedici komandasında forma geyinsə də, Premyer Liqa matçlarında da iştirak hüququ qazanırdı. Bu mövsümdən isə o, artıq əsas komandanın üzvünə çevrilib.

Xatırladaq ki, daha əvvəl Emil Qasımovu heyətinə qatan “Şamaxı” Rövşən Şahmuradovun da müqaviləsini yeniləmişdi.