Rəhman Hacıyev və Voyislav Stankoviç üçün yubiley

Futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turu “Neftçi”nin iki oyunçusu – Rəhman Hacıyev və Voyislav Stankoviç üçün əlamətdar olub. Arena.az xəbər verir ki, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı hər iki futbolçu üçün yubileylə yadda qalıb.

Rəhman Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/09 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.

Qəbələ şəhər stadionuna kapitan kimi çıxan Voyislav Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014/15 mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.

Xatırladaq ki, “Kəpəz” – “Neftçi” oyununda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

R.Hacıyev “Neftçi”də indiyə qədər 170 oyuna çıxıb. O, bu oyunlarda 16 qol vurub, 19 asist edib. Yarımmüdafiəçi “Şamaxı” (53 oyun, 11 qol, 7 asist), “Bakı” (43 oyun, 2 qol), “Sumqayıt” (18 oyun, 3 qol) və “Qaziantep”də (8 oyun, 1 qol) də oynayıb.

V.Stankoviç isə 2019-cu ilin yayından “Neftçi”də çıxış edir. O, bu komandada 124 oyuna çıxıb, 8 qol vurub. Müdafiəçi daha öncə ölkəmizdə “Qəbələ” (132 oyun, 2 qol, 1 asist) və “Şamaxı”da (12 oyun, 1 qol) da çıxış edib. Onun oynadığı komandalar arasında “Partizan” (102 oyun, 1 qol, 3 asist), “Beoqrad” (25 oyun) və “Dinamo” (Vranye, 17 oyun) da var.