Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”də baş məşqçi Rəşad Sadıqov ilə bağlı yekun qərar verilib.
Arena.az xəbər verir ki, klub rəhbərliyi Sadıqov və məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə müqavilənin müddətini artırmaq haqqında qərar qəbul edib.
Onların hər biri ilə 2 illik yeni müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”nin baş məşqçisidir. O, bu müddət ərzində komandanı 107 oyuna çıxarıb. Zirəlilər bu görüşlərdə 41 qələbə qazanıb, 37 heç-heçə edib, 29 məğlubiyyətə üzülüblər. Komanda geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında 50 xalla 5-ci yeri tutub və avrokuboklara vəsiqə qazanmaq hədəfinə çata bilməyib.
41 yaşlı Sadıqov “Zirə”dən öncə yalnız “Qarabağ”ın U-19 komandasına rəhbərlik edib.