Rəşad Sadıqov: “Mahirin Azərbaycanı layiqincə təmsil edəcəyinə əminəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşanın “Legiya” klubuna transferinə münasibət bildirib.

Arena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis bu barədə “İnstaqram” hesabında paylaşım edib.

“Qarabağ”ın keçmiş kapitanı 23 yaşlı hücumçu ilə fotosunu da paylaşıb və bunları qeyd edib: “Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən”.

Emreli ilə Sadıqovun paylaşımına belə reaksiya verib: “Kapitan, buralara gəlib çıxmağımda ən önəmli rolu olanlardan biri sənsən. Hər şeyə görə çox sağ ol”.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 3+1 illik müqavilə bağlayıb.