21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov Bəhreyn yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, U-21 millimiz bu gün Türkiyənin İsparta şəhərində Bəhreyn yığması ilə yoxlama oyunu keçirib.
Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Eyyubov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir.
Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir”.


