Rəşad Eyyubov: “Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Cəbəllütariqlə oyundan öncə fikirlərini bildirib.

Arena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabah Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasını qəbul edəcək.

Rəşad Eyyubov bu gün matçdan öncə komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razı olduğunu deyib:

“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Oktyabrın 6-da “Masazır Arena”da keçiriləcək Azərbaycan – Cəbəllütariq oyununa Bakı vaxtı ilə saat 17:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: