Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Cəbəllüttariq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Masazırda üz-üzə gəliblər.

“Masazır Arena”da keçirilmiş oyunda millimiz 3:0 hesablı qələbəyə sevinib. Rəşad Eyyubov oyundan sonra seçmə mərhələdəki çıxışı belə dəyərləndirib:

“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bugünkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.

Xatırladaq ki, U-21 millimiz topladığı 10 xalla seçmə mərhələni 6 komanda arasında 5-ci pillədə başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: