“Saraqosa”nın və Rusiya yığmasının keçmiş yarımmüdafiəçisi Vladislav Radimov italyan mütəxəssis Klaudio Ranyeri haqda xatirəsini paylaşıb.
Arena.az “Match TV”-yə istinadən, Radimovun bu barədə xatirəsini təqdim edir:
“Bir vaxtlar o, “Valensiya”nı çalışdırırdı və biz onlarla öz meydanımızda oynayırdıq. Futbolçular bir saat öncə meydana baxış üçün çıxanda, adətən, işıqlar sönük olur. Bu məqamda meydanın mərkəzində oyunçular dost-tanışları ilə görüşür və ünsiyyət qururlar. Beləliklə, iki komanda meydanın mərkəzinə toplaşmışdı, Ranyeri isə lətifələr danışırdı. Bu, məni o qədər təsirləndirmişdi ki… Qarşı komandanın məşqçisi oyundan əvvəl bütün futbolçuları başına toplayıb, lətifələr üyüdüb-tökürdü. Bu, çox şən və ruhsal idi”, deyə Radiomov xatırlayıb.
Xatırladaq ki, 73 yaşlı italyan mütəxəssis hazırda “Roma”nı çalışdırır. Klaudio Ranyeri 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun ayları aralığında “canavarlar”ın baş məşqçisi vəzifəsində çalışıb. Qocaman mütəxəssis “canavarlar” üçün çox çərin bir məqamda yenidən “Roma”nın sükanı arxasında fəaliyytə razılq verib. Ranyeri cari mövsümün sonuna qədər “Roma”nı çalışdıracaq.


