Rafa Mir cinsi təcavüzdə şübhəli bilinərək saxlanıldı

“Valensiya”nın ispan hücumçusu Rafa Mir iki qadına qarşı cinsi zorakılıqda şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Arena.az bu barədə “Cadena Ser” dərgisinə istinadən məlumat verir.

Hadisə ispan futbolçunun evində keçirilmiş şənlikdə baş verib. Bu qadınlara qarşı futbolçunun evində cinsi zorakılıqda şübhəli bilinən başqa bir kişinin də saxlanıldığı vurğulanır.

Hazırda Mir ifadə vermək üçün məhkəməyə çıxacağını gözləyir.

Xatırladaq ki, Rafa Mir “Valensiya”da icarə əsasında çıxış edir. Futbolçunun transfer hüquqları “Sevilya”ya məxsusdur.

Öz növbəsində “Valensiya” hadisə ilə bağlı rəsmi açıqlama verib:

“Valensiya”nın futbolçusu Rafa Mirin həbsi ilə bağlı mətbuatda çıxmış xəbərlərdən danışarkən deyə bilərik ki, klub bu həbsdən xəbərdardır. Hazırda bu barədə təfərrüatın olmadığına görə, biz yalnız ədalətin tələb edə biləcəyi hər məqamda əməkdaşlığa hazır olduğumuzu bəyan edə bilərik” – “yarasalar”ın rəsmi saytındakı bəyanatda deyilir.