“Qəbələ”nin sabiq futbolçusu, vaxtilə bu komanda ilə Azərbaycan kubokunun qalibi olmuş Rafael Utziq yenidən ölkəmizə qayıdıb.
Arena.az xəbər verir ki, 27 yaşlı hücumçu bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumu ilə 1,5+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Rafael Utziq 2020-ci ilin yayından 2023-cü ilin iyul ayına qədər “Qəbələ”nin şərəfini qoruyub. Braziliyadan olan 27 yaşlı forvard bu komandada keçirdiyi üç mövsüm ərzində 94 matça çıxıb. O, bu oyunlarda 18 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Utziq ötən yay “Qəbələ”dən ayrıldıqdan sonra Cənubi Koreyanın “Sunqnam Asan” klubu ilə müqavilə bağlamışdı. O, bu komandanın heyətində cəmi 16 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə kifayətlənib.
Braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.