Rahid Əmirquliyev daha bir il “Səbail”də!

Səbail” kapitanı Rahid Əmirquliyev ilə bağlı qərarını açıqlayıb. Arena.az xəbər verir ki, paytaxt klubu təcrübəli futbolçunun müqaviləsini yeniləyib.

Bu gün tərəflər 1 illik yeni sözləşməyə imza atıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Rahid Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Onun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatırdı.

32 yaşlı futbolçu “Səbail”dən öncə “Qarabağ”, “Xəzər Lənkəran” və “Şahdağ” (Qusar) komandalarının formasını geyinib. Azərbaycan yığmasında 59 oyun keçirmiş yarımmüdafiəçi, 3 qolla yadda qalıb.

“Səbail” daha öncə Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə də yeni müqavilə bağlamışdı. Paytaxt klubu Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito və Emin Zamanovu da heyətinə qatıb. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyev komandadan ayrılıb.