Rahid Əmirquliyev daha bir il “Səbail”də!

“Səbail” yarımmüdafiəçisi Rahid Əmirquliyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Kapitanla imzalanmış yeni anlaşmaya əsasən, 32 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Təcrübəli futbolçu əvvəllər “Qarabağ”, “Xəzər Lənkəran” və “Şahdağ”da da forma geyinib.

“Səbail” daha öncə Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov, Rauf Əliyev və Adil Nağıyevlə də yeni müqavilə imzalamışdı.