Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 12-ci turunun oyunları keçirilir.
Rahilin komandası bu turda “Puşa”nı qəbul edib. Oyun “Radomyak”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
“Radomyak” 12 turdan sonra 11 oyuna topladığı 12 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 7 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 20 oyuna çıxıb.


