Rahil Məmmədov 90 dəqiqə oynadı, “Radomyak” evdə uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 11-ci turunun oyunları keçirilir.

Rahilin komandası bu turda “Rakuv”u qəbul edib. Oyun “Radomyak”ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

“Radomyak” 11 turdan sonra 10 oyuna topladığı 9 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 6 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: