Rahil Məmmədov Polşada 6 cavabsız qola üzüldü – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 26-cı turu çərçivəsində baş tutmuş lider “Yagelloniya” ilə oyunun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:6. Lodz təmsilçisi ilk hissədə 2 qol buraxıb və 33-cü dəqiqədə azlıqda qalıb. Fasilədən sonra futbolçumuzun komandası daha 4 qola üzülüb.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 17-ci məğlubiyyətidir. Lodz klubu bu mövsüm 4 qələbə qazanıb, 5 heç-heçə edib və 17 oyunda məğlub olub.

Rahil “Yagelloniya” ilə oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 26 matçdan sonra 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb. “Yagelloniya” isə 51 xalla vahid liderdir.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 8 rəsmi oyuna çıxıb.