Rahil Məmmədov Polşadakı üçüncü oyununda da uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 22-ci turu çərçivəsində baş tutan “Poqon”la oyununun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4. Lodz təmsilçisi 47 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapsa da, 13, 63, 70 və 82-ci dəqiqələrdə buraxılan qollarla məğlub olub.

Rahil bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, LKS 20 matçdan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 3 rəsmi oyuna çıxıb.