Rahil Məmmədov “Pyast”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 14-cü turunun oyunları keçirilir.

Rahilin komandası bu turda “Pyast”ı qəbul edib. Radomda baş tutan oyunda qalib müəyyənləşməyib – 1:1. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

“Radomyak” 14 turdan sonra 13 oyuna topladığı 13 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Radomyak” 13 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 9 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 20 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: