Azərbaycanlı müdafiəçi Rahil Məmmədovun formasını geyindiyi Polşanın LKS klubu baş məşqçisi Marçin Matısyakla yolları ayırmağa qərar verib.
Arena.az xəbər verir ki, Polşa klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, Lodz təmsilçisi 40 yaşlı mütəxəssisin Polşa çempionatında mövsümün sonuncu – 34-cü turu çərçivəsində baş tutacaq “Stal”la (Melets) matçdan sonra postundan ayrılacağını bəyan edib. LKS yeni baş məşqçinin iyunda bəlli olacağını açıqlayıb.
LKS-in cari mövsümdəki sonuncu oyunu mayın 25-də baş tutacaq.
Xatırladaq ki, Ekstraklasada 21 xalla 18-ci pillədə qərarlaşmış LKS-in aşağı liqaya düşəcəyi dəqiqləşib.
Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 14 rəsmi oyuna çıxıb.