“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç Avropa Liqasının finalında “Roma”ya qarşı keçirəcəkləri oyun haqda gözləntilərini ifadə edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən xorvat futbolçunun fikirlərini diqqətinizə çatdırır:
“Məçqçi əvvəlcədən nə istədiyini dəqiq şəkildə anlatdı. Sabah da (oyun günü nəzərdə tutulur) bu, dəyişməyəcək. Deyəndə ki, heç kəs bu turniri bizim kimi sevmir, o demək deyil ki, hansısa parlaq baş bunu klub ofisində dilə gətirib. Biz həqiqətən belə düşünürük. Biz ideal bir oyun keçirməli, kuboku qazanmalı və onu evə gətirməliyik”.
“Sevilya” qitənin ikinci dərəcəli turnirində hakimi-mütləq statusa malikdir. Komanda turnir çərçivəsində iştirak etdiyi bütün finallarda qalib gəlib və altıqat çempiondur (2006, 2007, 2014, 2015, 2016, 2020).
Avropa Liqasının “Roma” ilə “Sevilya” arasında keçiriləcək final oyunu bu gün Budapeştin “Ferents Puşkaş” stadionunda baş tutacaq.