Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Fransa yığması ilə qarşıdakı oyun haqda danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Fransa yığmasının simasında biz, mümkün ki, ən güclü rəqibi elə, yarışın əvvəlində qəbul etmişik. Onlar təkcə bu Avropa çempionatında deyil, iki ildən sonra Dünya Kubokunda da qənimət qazanmaq üçün mütləq favoritlərdir. Fransa komandası, şübhəsiz ki, birinci dərəcəli olacaq. Orada 11 əsas heyət oyunçunun hamısı zədələnsə belə, növbəti 11-i heç də pis olmayacaq. Ona görə də ilk oyun bizim üçün ciddi sınaq olacaq.
Sonrasını isə görəcəyik. 3-cü tur – Niderland yığması ilə oyun. Əgər bu qrupdan çıxmaq istəyirsənsə, ən azı dörd, bəlkə də beş-altı xal lazımdır, biz isə vəziyyətin mürəkkəbliyini başa düşürük”, deyə Ralf Ranqnik vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “D” qrupu çərçivəsində ba tutacaq Avstriya – Fransa oyunu bu gün, iyunun 17-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.